Azərbaycanda Fələstin xalqına yardım məqsədilə "İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsi"nin yaradılmasına dair konfrans keçiriləcək

Azərbaycanda Fələstin xalqına yardım məqsədilə "İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsi"nin  yaradılmasına dair konfrans keçiriləcək
# 23 aprel 2013 08:44 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanda Fələstin xalqına yardım məqsədilə "İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin" (İslamic Financial Safety Net) yaradılmasına dair konfrans keçiriləcək.

APA-nın məlumatına görə, bu il fevralın 6-7-də Misirin paytaxtı Qahirədə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının 13-cü zirvə görüşünün nəticəsi kimi qəbul edilmiş kommünikedə əksini tapmış Fələstin xalqına yardım məqsədilə “İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsi”nin (Islamic Financial Safety Net) yaradılmasına dair konfransın keçirilməsi məsələsi nazir Elmar Məmmədyarovun Fələstinə səfəri zamani müzakirə olunub.

Həmin konfransa ev sahibliyi etmək məhz Azərbaycana təklif edilib və Azərbaycan bu təklifi qəbul ədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR