® «Unibank»ın sədr müavini Xalid Əhədov: «Məqsədimiz – hər kəsin bankı olmaqdır» - MÜSAHİBƏ

<font color=red>® </font>«Unibank»ın sədr müavini Xalid Əhədov: «Məqsədimiz – hər kəsin bankı olmaqdır» - <span style="color: red;">MÜSAHİBƏ
# 29 yanvar 2013 10:16 (UTC +04:00)

Bakı – APA-Economics. «Unibank» ASC-nin İdarə Heyəti sədrinin müavini, pərakəndə bank xidmətləri üzrə direktor Xalid Əhədov müsahibə verib.

- Azərbaycan bank sektorunun ən fəal banklarından olan «Unibank» ötən ili necə başa vurub?

- «Unibank» ötən ili yüksək göstəricilərlə başa vurub. Bir çox uğurlu layihələrə imza atılıb və nailiyyətlər qazanılıb. Qarşıya qoyduğumuz strategiyanın uğurla reallaşması nəticəsində, «Unibank» ölkə bazarında layiqli yerini tutmaqdadır. Təkcə son bir ildə Bankın nizamnamə kapitalı 37% artaraq 62 mln. manata çatıb. Bu statistika özünü «Unibank»ın kredit portfelinin 30%-ə yaxın artmasında da göstərir. Müştəri məmnuniyyətini əsas məqsədlərindən hesab edən Bankımıza inam, etibar günü-gündən artır. Təsadüfi deyil ki, ötən il depozitlərin həcmi 41% artıb. Hər kəsin Bankı olmağı özünə şüar seçən «Unibank» 2012-ci ili 88%-lik müştəri artımı ilə başa vurub.

«Unibank» müştərilərinə xidmət şəbəkəsini genişləndirməkdə, filialların sayını artırmaqda davam edir. Təkcə ötən il yeni açılan filialların sayı 6 (İmişli, İsmayıllı, Bərdə, Bakı ( «Xalqlar Dostluğu» və Mərdəkan, Xırdalan) olub. Filial şəbəkəsini genişləndirərkən əsas məqsədimiz müştərilərə daha yaxın olmaq, onların bütün növ bank xidmətlərinə tələbatını vaxtında və keyfiyyətlə ödəməkdir. Müştərilərə daha rahat xidmət strategiyası hazırlanıb. Sənəd dövriyyəsi maksimum azaldılaraq, xidmət sadələşdirilib, texniki təminat gücləndirilib.

Müştərilərimizə daha operativ xidmət göstərmək məqsədilə, ötən ilin sonundan filiallarda iş saatları uzadılıb, bununla da müştərilər normal iş saatlarından kənar vaxtda belə bankımıza yaxınlaşaraq, bank xidmətlərinə tələbatlarını ödəmək imkanı qazandılar. Xidmət səviyyəsinin yüksəldilməsi, yeni məhsulların müştərilərin istifadəsinə daha tez və operativ çatdırılması üçün müasir standartlara cavab verən proqram təminatı yaradılıb, tələb olunan texniki avadanlıqlar quraşdırılıb.

- «Unibank» 2012-ci ildə bazara davamlı olaraq yeni məhsullar çıxarıb.

- Qeyd etməliyik ki, müştərilərin ehtiyaclarına yönəldilmiş bir sıra məhsul növləri yaratdıq. Yeni yaradılan məhsul növləri ilə yanaşı, mövcud məhsul növləri də daha yüksək, daha keyfiyyətli olmaqla müştəri məmnuniyyətinə xidmət edir. Bizim xidmət strategiyamız müştəilərimizin istək, arzu və iradlarını öyrənərək, sırf onların ehtiyaclarını ödəməyə yönələn bir strategiyadır.

Ayrıca olaraq, bazara çıxarılan hər məhsul növü üzrə geniş aksiyalar keçirilir. Məsələn, «müəllim aksiyası» keçirdik. Təqdimatda iştirak edən müəllim heyəti məlumatlandırılıb və tədbirin sonunda hər bir müəllim «Unibank»ın müəllim kartı ilə təmin edilib. Bu sadəcə bizim keçirdiyimiz aksiyalardan biri idi. Bu tədbirlə yanaşı həkimlər, dövlət qulluqçuları, metropoliten işçiləri üçün də bu cür aksiyalar keçirilib.

- Ötən il sizin bankın «ALBALI» kartı bazara çox böyük iddia ilə girib. Bazarda yerini tuta bildimi?

- Bizim təqdim etdiyimiz məhsullar arasında öz uğuru ilə seçilən məhsullardan biri - taksit layihəsi olub. Artıq hər kəsin çox sərfəli kart kimi tanıdığı «ALBALI» müştərilərimiz arasında həqiqətən çox böyük marağa səbəb olub. Taksit layihəsi sayəsində müştərilərimiz xərclərini daha yaxşı planlaşdıra biləcək. Bu layihə üzrə tərəfdaş şəbəkəmiz, demək olar ki, hər gün genişlənməkdədir. «ALBALI» kartı ilə bağlı tərəfdaşlarımızın sayı 350-ni ötüb. Müştərilərimiz bu məhsul vasitəsi ilə alış-veriş etdikləri zaman, eyni vaxtda bonus da qazanırlar.

Müştərilərimiz «ALBALI» üzrə nağdsız hesablaşmaları icra etdikdən sonra, hər hansı filialımıza yaxınlaşaraq, istər əməliyyatçılar, istərsə də «Cash-in» aparatları vasitəsi ilə öz ödənişlərini həyata keçirə bilərlər.

Çox tezliklə internet üzərindən də kredit ödənişləri aparmaq mümkün olacaq.

- Ötən il marketinq fəaliyyəti baxımından «Unibank» üçün nələrlə yadda qalıb?

- Ötən il marketinq fəaliyyətimizi də genişləndirdik, sosial şəbəkələr və bir sıra reklam vasitələri ilə müştərilərimizlə kommunikasiya əlaqələrini daha da gücləndirdik. «Facebook» və «Twitter» sosial şəbəkərlərində «Unibank»a məxsus profil səhifələr mövcuddur. Bu vasitə ilə müştərilərimizə daha yaxın olub, onların təklif və iradlarını öyrənir, eyni zamanda bankın bütün yenilikləri ilə tanış edirik. Bununla yanaşı, ictimaiyyətlə daha sıx əlaqələr üçün bir sıra yarışmalar, müxtəlif növ treninqlər keçiririk.

- «Unibank» həm də ən çox vakansiya elan edən banklar sırasındadır.

- Bəli. Biz ötən il kadr siyasətində bəzi dəyişikliklərə imza atdıq. İşçi heyətinin mövcud strategiyaya uyğunlaşdırılması məqsədilə işlər görülüb. İşlə təmin olunmaq arzusunda olan bir çox namizəd, «Unibank»la əməkdaşlığa başlayıb və onların bu sahədə bilik və bacarıqlara sahiblənməsi üçün müvafiq treninqlər keçirilib. Bir faktı deyim, ötən il 300-ə yaxın yeni əməkdaş Bankımızın kollektivinə qoşulub.

- Bankın müştərilərini daha hansı yeniliklər, yeni xidmətlər gözləyir?

- Daim inkişafda olan «Unibank» 2013-cü ildə də müştərilərini yeni və fərqli xidmətləri ilə sevindirəcək. Bu il «Unibank» müştərilərini sevindirmək istiqamətində daha böyük işlərə, uğurlara imza atmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR