Latviya prezidentinin səfəri ilə əlaqədar Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq

Latviya prezidentinin səfəri ilə əlaqədar Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılacaq
# 23 aprel 2013 08:25 (UTC +04:00)

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Məlumata görə, Latviya Prezidenti Andris Berzinşin aprelin 23-ü axşam saatlarında Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR