Səfir Elman Araslının “Yaxın Şərqdə yarım əsr” kitabının təqdimatı keçirilib

Səfir Elman Araslının “Yaxın Şərqdə yarım əsr” kitabının təqdimatı keçirilib
# 11 mart 2013 15:01 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan Diplomatik Akademiyası və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın İordaniya, İraq və Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslının “Yaxın Şərqdə yarım əsr” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, AYB sədri Anar, Milli Məclisin üzvü Ziyad Səmədzadə, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Bəxşəliyeva, şeyxülislam Allahşükür Paşazadə, xarici ölkələrin səfirləri iştirak ediblər.

Hafiz Paşayev çıxışında bildirib ki, Elman Araslı ömrünün 35 ilini ölkədən kənarda çalışaraq keçirib və yüksək nümunələr göstərib: “Onun fəaliyyətində heç bir qüsur olmayıb. Çox təəssüf edirəm ki, Elman Araslı təqaüdə çıxır”.

AYB sədri Anar kitabla diqqətlə tanış olduğunu deyib və onu qiymətli əsər kimi xarakterizə edib.

Tədbirdə çıxış edən digər natiqlər E. Araslı və onun kitabı barədə öz fikirlərini söyləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR