Masallı rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü yaralanıb, bir üzvü ölüb

Masallı rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü yaralanıb, bir üzvü ölüb
# 04 fevral 2013 07:08 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən axşam saat 18.00 radələrində Masallı-Boradigah şose yolunun 7-ci kilometrliyində - yolun Ərkivan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Masallı rayonunun Ərkivan qəsəbə sakini, 30 yaşlı Rauf Ayaz oğlu Nəzərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil onun həmyerlisi, 23 yaşlı rayon sakini Ziyadzadə Əkbər oğlu Mirzəyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobilin sürücüsü və onların sərnişinləri - 60 yaşlı Reyhan Oruc qızı Mirzəyeva, 23 yaşlı Ramilə Mirmöhsün qızı Mirzəyeva, 3 yaşlı Aynur Ziyadzadə qızı Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən 72 yaşlı Əkbər Ziyad oğlu Mirzəyev aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisə sürücülərin avtomobilləri yüksək sürətlə idarə etməsi və ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən ailə başçısı, 4 nəfər yaralı isə həmin ailənin üzvləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR