Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatında sonuncu rəqibi müəyyənləşib

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatında sonuncu rəqibi müəyyənləşib
# 28 yanvar 2013 09:03 (UTC +04:00)

Bakı - APA. Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq sonuncu komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimizin üçüncü rəqibi ilkin seçmə mərhələnin F qrupunda 1-ci yeri tutmuş Norveç yığmasıdır.

Beləliklə, mübarizəyə əsas seçmə mərhələdə başlayacaq komandamız II qrupda Slovakiya, Bosniya və Herseqovina və Norveç yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları martın 27-dən 30-dək Slovakiyada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR