Azərbaycanda təqsirləndirilən şəxslər polis mayorunu döyüblər

Azərbaycanda təqsirləndirilən şəxslər polis mayorunu döyüblər
# 18 aprel 2013 09:21 (UTC +04:00)

Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, oğurluq törətməkdə təqsirli bilinərək ifadələrinin alınması üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət olunan Bakı şəhər sakinləri, 21 yaşlı Şəmistan Şamxal oğlu Məmmədov və 22 yaşlı Fariz Möhübbət oğlu Əliyev çağırışa gedən əməliyyat müvəkkili, polis mayoru Arif Məmmədova və Polis İdarəsində təcrübə toplayan, Daxili İşlər Nazirliyi Polis Akademiyasının tələbəsi Emin Həsənova xəsarət yetiriblər. A. Məmmədov və E. Həsənov hospitala yerləşdirilib.

Hadisəni törədən Ş. Məmmədov və F. Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR