Bakıda Beynəlxalq Hərbi İdman Şurasının I Dünya futbol kubokunun püşkatma mərasimi keçiriləcək

Bakıda Beynəlxalq Hərbi İdman Şurasının I Dünya futbol kubokunun püşkatma mərasimi keçiriləcək
# 15 aprel 2013 07:08 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Aprelin 29-da Bakıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) I Dünya futbol kubokunun püşkatma mərasimi keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyi ilə CİSM arasında Beynəlxalq Hərbi İdman Şurası arasında Dünya Futbol Kubokunun təşkili haqqında müqavilə fevralın 27-də imzalanıb. Çempionatda CİSM üzv ölkələrdən 16 komandanın, təxminən 500-dək idmançının, 100 nəfərə yaxın rəsmi heyətin iştirakı gözlənilir. Yarışlar «Şəfa», «Dalğa», «Bayıl» və «Zirə» stadionlarında keçiriləcək.

Futbol Kubokunun açılışı iyulun 2-də, bağlanışı isə iyulun 14-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR