“Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev məhkəmədə ifadə verib

“Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev məhkəmədə ifadə verib
# 10 aprel 2013 14:48 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Etibar Əliyev başda olmaqla 5 nəfər təqsirləndirilən şəxs dindirilib.

Onlar bütün ittihamların əsassız olduğunu bildiriblər və istintaq orqanının sübutlarını təkzib ediblər. İfadə verən şəxslər özlərini qətiyyən təqsirli bilmədiklərini deyiblər.

Proses aprelin 17-də davam etdiriləcək.

Qeyd edək ki, ötən proses zamanı həbsdə olan təqsirləndirilən şəxslərin vəkilləri onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi barədə vəsatətlər qaldırıblar. Onlar müdafiə etdikləri şəxslərin əməllərində cinayət tərkibinin olmadığını əsas gətiriblər.

Etibar Əliyevin vəkilləri də cinayət işinə xitam verilməsi barədə vəsatət veriblər.

Dövlət ittihamçısı isə vəsatətlərin əsassız olduğunu qeyd edib və bildirib ki, məhkəmə indiki mərhələdə cinayət işinə xitam verilməsi məsələsinə baxa bilməz.

Xatırladaq ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib.

Təqsirləndirilənlərdən E. Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

Qeyd olunan cinayət işi üzrə ümumilikdə 25 nəfər təqsirləndirilən şəxs var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR