Tarixdə ilk dəfə Roma Katolik Kilsəsinin hazırkı və əvvəlki rəhbərləri arasında görüş olub - FOTO

Tarixdə ilk dəfə Roma Katolik Kilsəsinin hazırkı və əvvəlki rəhbərləri arasında görüş olub - <span style="color: red;">FOTO
# 23 mart 2013 15:58 (UTC +04:00)

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Roma Papasının “Kastelqandolfo” adlanan yay iqamətgahına gələn I Fransisk əvvəlcə XVI Benediktlə təkbətək görüş keçirib, ardınca isə onlar birgə nahar ediblər. Görüş təxminən 45 dəqiqdə çəkib. Sonra onlar bir yerdə “Kastelqandolfo” kapellasında dualar oxuyublar.

Tarixdə ilk dəfədir ki, Roma Katolik Kilsənin hazırkı və əvvəlki rəhbərləri arasında görüş keçirilir.

Xatırladaq ki, Roma Papası XVI Benedikt bu il fevralın 28-də taxtdan imtina edib. Bu addımını o, səhhətində yaranmış problemlərlə izah edib. Hazırda XVI Benedikt Vatikanın Fəxri Papası titulunu daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR