Qurban bayramında heyvanların xüsusi satış yerləri təşkil ediləcək

Qurban bayramında heyvanların xüsusi satış yerləri təşkil ediləcək
# 10 oktyabr 2012 13:15 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Qurban bayramının yaxınlaşması ilə əlaqədar, əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil edəcək.

Satış məntəqələrinin ünvanları barədə əlavə məlumat veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR