Yunanıstan hökuməti təyyarələrini satır

Yunanıstan hökuməti təyyarələrini satır
# 28 avqust 2012 11:04 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanda hökumət təyyarələri parkı ölkənin Silahlı Qüvvələrinə satılacaq və ya veriləcək.

APA-Economics”in xəbərinə görə, bu bəyanatla Yunanıstanın baş naziri Antonis Samaras çıxış edib.

Onun sözlərinə görə, vəsaitlərə qənaət etmək məqsədilə 13 yerlik “Embraer” hökumət təyyarəsi satışa çıxarılacaq. Eyni tipli 30 yerlik təyyarə isə ölkənin Hərbi Hava Qüvvələrinin sərəncamına veriləcək. Bu təyyarədən pilotların təlimləri, xəstələrin və donor materiallarının təcili daşınması üçün istifadə olunacaq.

Hökumətə məxsus “Gulfstream” təyyarəsinin də hərbçilərin ixtiyarına veriləcəyi gözlənilir.

Qeyd edək ki, ötən həftə Antonis Samaras Yunanıstana məxsus adaların satışa çıxarıla biləcəyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR