Azərbaycanda bir neçə saytın fəaliyyətində problem yaranıb

Azərbaycanda bir neçə saytın fəaliyyətində problem yaranıb
# 30 iyul 2012 14:23 (UTC +04:00)
Saytın redaktoru Xalid Kazımlının APA-ya verdiyi məlumata görə, “musavat.com” Türkiyədə fəaliyyət göstərən telekommunikasiya şirkətinə məxsus İP-lərdən haker hücumuna məruz qalıb. “Saytımıza xidmət göstərən provayder şirkəti portala daha artıq ziyan dəyməməsi üçün onun fəaliyyətini məhdudlaşdırıb. Hücumun nəyə görə başlaması barədə əlimizdə mötəbər informasiya yoxdur, yalnız müəyyən gümanlar var. Hesab edirik ki, bu, saytımızda gedən “Böyük Kürdüstan” dövlətinin yaranması ehtimalı barədə yazıdan narazı qalan qüvvələrin sifarişi ola bilər”, - deyə, sayt redaktoru əlavə edib.

Hazırda sayta xidmət göstərən hostinq şirkətinin SQL proqramını bərpa etməklə məşğul olduqlarını deyən X. Kazımlı bildirib ki, yaxın saatlarda “musavat.com”un öz fəaliyyətini bərpa etməsi mümkün olacaq.

Bu gün həmçinin “trend.az”, “day.az”, “milli.az”, “qafqazinfo.az” saytlarının da fəaliyyətində problemlər yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR