Azərbaycanın “Mədəniyyət haqqında” yeni qanun layihəsində şou-biznes və multimedia barədə maddə öz əksini tapıb

Azərbaycanın “Mədəniyyət haqqında” yeni qanun layihəsində şou-biznes və multimedia barədə maddə öz əksini tapıb
# 02 mart 2012 11:50 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda layihə barədə çıxış edən komitə sədri Nizami Cəfərov deyib ki, 46 maddədən ibarət sənəd 1998-ci il aprelin 6-da qəbul olunana analoji qanunun mahiyyətini 70 faiz özündə saxlayır.

Layihənin 42-ci maddəsi “şou-biznes və multimedia” adlanır. Orada bildirilir ki, şou- biznes (kütləvi əyləncələr industriyası) və multimedia (fotoqrafiya, audio, video, kompüter, internet və s.) istehsalı Azərbaycan qanunvericiliyə əsasən tənzimlənir.

Layihədə o da qeyd olunub ki, fəaliyyəti milli-mədəni dəyərlər baxımından cəlbedici olan şou-biznes və multimedia müəssisləri və nümayəndələri dövlət tərəfindən stimullaşdırılır.

Müzakirələrin sonunda layihə MM-in plenar iclasına tövsiyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR