Azərbaycan və Finlandiya xarici işlər nazirləri arasında görüş keçirilib

Azərbaycan və Finlandiya xarici işlər nazirləri arasında görüş keçirilib
# 02 aprel 2012 17:01 (UTC +04:00)
APA-nın məlumatına görə, E. Məmmədyarov görüşün yekunda keçirilən mətbuat konfransında bildirib ki, görüşdə ikitərəfli və regional məsələlər, o cümlədən Suriya və İranla bağlı vəziyyət müzakirə olunub.

O, iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib. İqtisadiyyat sahəsində inkişafın uğurla getdiyini qeyd edən nazir bu əməkdaşlığın daha da genişlənməsini istədiklərini açıqlayıb. Finlandiya iş adamlarını Azərbaycana dəvət edən E. Məmmədyarov “TeleSonera” və “Nokia”dan başqa digər şirkətlərin də Azərbaycanda ofislər açmasının tərəfdarı olduqlarını diqqətə çatdırıb.

Öz növbəsində, finlandiyalı nazir Azərbaycana üçüncü dəfə səfər etdiyini deyib. Sonuncu dəfə Azərbaycana 2006-cı ildə gəldiyini qeyd edən qonaq ötən müddət ərzində Azərbaycanın tamamilə dəyişdiyini, inkişaf etdiyini bildirib.

Nazir Azərbaycanı BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi və “Eurovision”-da qələbə qazanması münasibətilə təbrik edib.

Finlandiyanın da BMT TŞ-nin qeyri-daimi üzvü olmaq istədiyini deyən E. Tuomioya bu məsələdə Azərbaycandan dəstək istədiklərini vurğulayıb.

O, Azərbaycanla Finlandiya arasında həm ikitərəfli səviyyədə, həm də Avropa Birliyi çərçivəsində əməkdaşlığın daha da səmərəli ola biləcəyini diqqətə çatdırıb: “Biz əməkdaşlığın daha genişləndirilməsinin tərəfdarıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR