Koloradoda atışmada yaralananların sayı 59-a çatıb

Koloradoda atışmada yaralananların sayı 59-a çatıb
# 20 iyul 2012 23:58 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Kolorado ştatında kinoteatrda baş vermiş atışma nəticəsində yaralananların sayı 59 nəfərə çatıb. Bu barədə yerli polis rəisi Den Outs məlumat verib. Hadisədə 12 nəfər də həlak olub.

Faciə gecə saatlarında Denver yaxınlığındakı Century 16 Movie kinoteatrında baş verib. Betmen barədə olan «Qara Cəngavər: Əfsanənin dirçəlişi» filminin premyerası zamanı əleyhqaz taxmış cinayətkar kinozala daxil olaraq əvvəlcə gözyaşardıcı qaz olan balonu açıb, daha sonra isə tamaşaçıları atəşə tutub. Cinayətkar, 24 yalı yerli sakin Ceyms Holms saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR