Bu ilin I rübündə Rusiyadan kapital axını 35 mlrd. dolları ötüb

Bu ilin I rübündə Rusiyadan kapital axını 35 mlrd. dolları ötüb
# 04 aprel 2012 11:35 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin I rübündə Rusiyadan xalis kapital axını 35,1 mlrd. dollar təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Bankı açıqlama yayıb.

Ötən ilin analoji dövründə bu göstərici 19,8 mlrd. dollar olub. Son hesablamalara görə, 2011-ci ildə Rusiyadan kapital axını 80,5 mlrd. dollar (2010-cu ildə 34,4 mlrd. dolara qarşı) təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR