İzmirdə Heydər Əliyev Texniki və Sənaye Peşə Liseyinin tikintisi başa çatıb - FOTO

İzmirdə Heydər Əliyev Texniki və Sənaye Peşə Liseyinin tikintisi başa çatıb - <font color=red>FOTO</font>
# 13 oktyabr 2012 12:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Türkiyənin İzmir şəhərinin Aliağa qəsəbəsində 2011-ci il oktyabrın 25-də təməli qoyulmuş Heydər Əliyev Texniki və Sənaye Peşə Liseyinin tikintisi başa çatıb.

APA-nın “Cihan”a istinadən verdiyi məlumata görə, lisey binası Aliağa qəsəbəsinin Milli Təhsil Şöbəsinə təhvil verilib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin tərəfindən təməli qoyulan lisey binası rekord sayıla biləcək müddətə - 270 günə tikilib. Bina 16 milyon lirəyə (təxminən 8 milyon AZN) başa gəlib. Burada ümumilikdə 720 şagird təhsil ala biləcək. Burada 216 nəfərlik yataqxana da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR