Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub
# 25 fevral 2012 07:44 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Xətai rayonunda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, fevralın 24-də naməlum şəxslər Telnov küçəsində Musa Musayevi döyərək, 760 manat pulunu və sənədlərini alıblar. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinənlərdən Samir Həsənov tutulub.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR