Dünyanın tanınmış kardiocərrahları İstanbulda toplaşır

Dünyanın tanınmış kardiocərrahları İstanbulda toplaşır
# 05 iyun 2012 08:30 (UTC +04:00)
Bakı – APA. İyunun 7-10-da İstanbulda dünya şöhrətli alim, professor Sir Maqdi Yakubun şərəfinə kardiologiya və ürək-damar cərrahiyyəsi üzrə elmi-praktiki konfrans keçiriləcək. APA-nın xəbərinə görə, konfrans kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, transplantasiya sahəsində əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradacaq.

Türkiyə Ürək xəstəlikləri və ürək-damar transplantasiyası fondunun təşkilatçılığı ilə keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən kardioloq və kardio-cərrahlar iştirak edəcək. Konfransın Təşkilat Komitəsinin üzvləri və əsas çıxışçıları kardiologiya və ürək-damar cərrahiyyəsinin dünya şöhrətli mütəxəssislərindən seçilib. Onların arasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Dr. Kamran Musayev də yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR