Livan maliyyə vəsaitini, İraq isə təhlükəsizliyi əsas gətirərək suriyalı qaçqınlardan imtina edir

Livan maliyyə vəsaitini, İraq isə təhlükəsizliyi əsas gətirərək suriyalı qaçqınlardan imtina edir
# 21 iyul 2012 03:58 (UTC +04:00)
Bakı-APA. Livanın sosial işlər üzrə naziri Vael Əbu Faur son bir neçə gün ərzində Livana 20 min suriyalı qaçqın daxil olduğunu bildirib. Faur qeyd edib ki, qaçqınlar üçün təcili tibbi müayinə üçün şərait yaradılsa da onlara tam dəstək göstərilməsi üçün vəsait çatışmazlığı var. Məhz bu səbəbdən Livan suriyalı qaçqınların qəbulunu dayandırmaq fikrindədir.

İraq hökuməti isə suriyalı qaçqınlardan həssas təhlükəsizlik vəziyyətini əsas gətirərək imtina edir.

Hökumət sözçüsü Əli Dabbağın sözlərinə görə, İran və Suriya sərhədi səhradan ibarətdir və hökumət qüvvələri bu ərazilərdə təhlükəsizliyi tam təmin edə bilmir. Bununla yanaşı hökumət nümayəndəsi Suriyada olan İraq vətəndaşlarının ölkəyə qayıtması üçün çalışdıqlarını bildirib.

BMT-nin məlumatına görə suriyalı qaçqınları ən çox üz tutduğu ölkə İordaniyadır. Bu günədək bu ölkəyə 140 min suriyalı qaçqın gəlib. Türkiyədə bu göstərici 43 min, Livanda isə 30 mindir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR