Azərbaycanda daha bir hərbi təyinatlı qurum Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil edilib

Azərbaycanda daha bir hərbi təyinatlı qurum Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil edilib
# 18 iyul 2012 11:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) yeni adla Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil edilib. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Bu günlərdə qəbul edilmiş qərara əsasən, KHVTİC Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi adı ilə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərəcək.

Qeyd edək ki, KHVTİC iyun ayında özünün buraxıldığını elan edib və bu qurumun qurultayında Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti ilə birləşmək barədə qərar qəbul olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR