Sergey Mironov tərəfdarlarını Dmitri Medvedevin baş nazir postuna namizədliyinin əleyhinə səs verməyə çağırıb

Sergey Mironov tərəfdarlarını Dmitri Medvedevin baş nazir postuna namizədliyinin əleyhinə səs verməyə çağırıb
# 08 may 2012 10:57 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dumada müxalifətdə olan “Ədalətli Rusiya” (“Spravedlivaya Rossiya”) fraksiyasının lideri Sergey Mironov həmkarlarını Dmitri Medvedevin namizədliyinin əleyhinə səs verməyə çağırıb. S. Mironov bildirib ki, fraksiyanın nizam-intizamnını pozan deputata qarşı ciddi tədbirlər görüləcək: “Ya birlik şəkildə Dmirti Medvedevin namizədliyinin əleyhinə səs verək, ya da müzakirələrə qatılmayaq”.

Qeyd edək ki, Dmitri Medvedevin baş nazir postuna namizədliyi prezident Vladimir Putin tərəfindən irəli sürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR