Şamaxı rayonunda törədilən ağır cinayət hadisəsinin üstü açılıb

Şamaxı rayonunda törədilən ağır cinayət hadisəsinin üstü açılıb
# 21 may 2012 07:59 (UTC +04:00)
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Akim Əfəndiyevi özünə məxsus bağ evində qətlə yetirən şəxsin onun dostu Natiq Nəsrullayev olduğu müəyyənləşib. N. Nəsrullayev tutularaq istintaqa təhvil verilib. İlkin məlumata görə, o hadisəni şəxsi münaqişə zəminində törədib.

Polisdən həmçinin bildirilib ki, hadisə ilə bağlı başlanmış cinayət işi Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.

Qeyd edək ki, hadisə mayın 16-da qeydə alınıb. Bakı şəhər sakini, “Azvirt” MMC-də iş icraçısı işləyən A. Əfəndiyev Şamaxıdakı bağ evində qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin saytında qətllə bağlı mayın 17-də yerləşdirilən məlumatda
bildirilib ki, Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində Bakı şəhər sakini Akim Əfəndiyevə məxsus bağ evində yanğın baş verib. Nəticədə evdəki əşyalar qismən yanıb. Yanğın söndürüldükdən sonra A. Əfəndiyevin bıçaqla qətlə yetirmiş meyiti tapılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR