Türkiyənin Fransadakı keçmiş səfiri: “Ollandın Sarkozinin səhvini təkrar edəcəyinə inanmıram” - FOTO

Türkiyənin Fransadakı keçmiş səfiri: “Ollandın Sarkozinin səhvini təkrar edəcəyinə inanmıram” - <font color=red>FOTO</font>
# 04 oktyabr 2012 12:54 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komissiyasının üzvü, Cümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili, ölkənin Fransadakı sabiq səfiri Osman Korutürk deyib. O bildirib ki, Fransa Konstitusiya Şurasının Senatdan da keçən qanun layihəsini ləğv etməsi fransız siyasətçiləri üçün dərs olmalıdır: “Ancaq görürük ki, siyasi ehtiraslarını cilovlaya bilməyən bəzi siyasətçilər bundan dərs çıxarmaq yerinə, yeni cəhdlər etmək niyyətinə düşürlər. Adətən bu cür cəhdlər seçkilər ərəfəsində edilir ki, qanun layihəsinin keçməsində maraqlı olan icmadan səs ala bilsinlər. İndi Fransada seçki dövrü də deyil, ona görə də bu cür təşəbbüsün dəstək ala biləcəyinə inanmıram”.

Prezident Ollandın bu təşəbbüslərə nə dərəcədə dəstək verəcəyi haqda sualı O. Korutürk belə cavablandırıb: “Bundan əvvəl keçmiş prezident Sarkozinin bu işin önündə getdiyi heç kimə sirr deyildi. Buna baxmayaraq, Sarkozi seçkidə istədiyi qədər səs ala bilmədi. Ollandın da eyni səhvi edəcəyinə inanmıram, çünki bu durum onun da siyasi həyatına zərbə vura bilər. Biz bütün variantlara qarşı hazırlıqlıyıq, prosesləri yaxından izləyirik”.

Qeyd edək ki, təcrübəli diplomat Osman Korutürk Türkiyə Cümhuriyyətinin 6-cı prezidenti Fəxri Korutürkün oğludur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR