Azərbaycanda yeni elektron gömrük xidməti istifadəyə verilib

Azərbaycanda yeni elektron gömrük xidməti istifadəyə verilib
# 19 aprel 2012 11:53 (UTC +04:00)
DGK mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hazırda ölkə prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələr uğurla yerinə yetirilir.

Bununla əlaqədar komitə sədrinin 25 may 2011-ci il tarixli əmrinə əsasən, DGK sistemində gömrük prosedurları və xidmətlərinin təkmilləşdirilməsi, kağız üzərində yazılı sənədlərdən istifadənin məhdudlaşdırılaraq elektron formada həyata keçirilməsi və biznes proseslərin kağızsız texnologiya əsasında qurulması, eləcə də elektron gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi və s. tədbirlər həyata keçirilir.

Dövlət Gömrük Komitəsi bu yaxınlarda daha bir elektron xidmət - “Sərnişin bəyannaməsi” elektron xidmətini istifadəyə verib. Bundan sonra fiziki şəxslər DGK internet səhifəsindən (www.customs.gov.az) və ya gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılmış “Gömrük” məlumat köşklərindən istifadə etməklə Azərbaycanın gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər.

Xatırladaq ki, təqdim olunan elektron gömrük xidməti vətəndaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla gömrük nəzarətində şəffaflığı təmin edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR