““Eurovision”dan sonra siyasi məhbusların vəziyyəti” mövzusunda tədbir keçirilib

““Eurovision”dan sonra siyasi məhbusların vəziyyəti” mövzusunda tədbir keçirilib
# 08 iyun 2012 14:55 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bu gün Gənclərin Hüquqlarının Müdafiə Komitəsi (GHMK) ““Eurovision”dan sonra siyasi məhbusların vəziyyəti” mövzusunda tədbir keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən GHMK İdarə Heyətinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının təşkilat şöbəsinin müdiri Samir Əsədli “Eurovision”dan sonra siyasi məhbuslarla bağlı gözləntilərdən söz açıb. Onun sözlərinə görə, yarışmadan sonra bütün siyasi məhbusların azadlığa çıxacağını gözləsələr də, onlardan yalnız 4-ü həbsdən azad olunub. S. Əsədli siyasi məhbusların vəziyyəti, onlara gənclərin dəstəyi və görülən işlərdən də danışıb.

ADP gənclər təşkilatının sədri Cəmil Hacıyev isə gənclərin siyasi məhbuslara əlaqə saxlamasını, onlara dəstək olmasını yüksək qiymətləndirib: “Biz gənclər təşkilatı olaraq vicdan məhbuslarına məktublar yazır və onlara dəstək oluruq. Gənclərin siyasi məhbuslarla əlaqə saxlaması yaxşı haldır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR