Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 10,120 mln-a çatıb

Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 10,120 mln-a çatıb
# 14 mart 2012 10:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 10 mln-u keçib. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda bildirilir ki, 2011-ci ildə mobil rabitə sektorunda abunəçilərin sayı əvvəlki ilə nisbətən 11,1%, 2004-cü ilə nisbətən isə 7 dəfə artaraq 10,120 mln. vahid təşkil edib: «Bu da hər 100 nəfərə 110 mobil abunəçinin düşməsi deməkdir. Azərbaycan bu göstərici üzrə orta dünya göstəricisini ümumi hesabla 30% qabaqlayır».

Qeyd edək ki, hazırda ölkədə 3 mobil rabitə operatoru fəaliyyət göstərir. Hesabatda əks olunan rəqəm yalnız aktiv mobil rabitə abunəçilər deyil, ölkədə ümumi abunəçilərin, yəni satılan mobil telefon nömrələrinin sayını göstərir. Belə ki, hazırda «Azercell Telecom» şirkətinin 4,5 mln., «Bakcell» şirkətinin 2,5 mln., «Azerfon» şirkətinin isə 2 mln-a yaxın aktiv abunəçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR