İranda 3 nəfər edam olunub

İranda 3 nəfər edam olunub
# 21 sentyabr 2012 07:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Şahrud şəhər prokuroru Əlirza Hacqulami açıqlama verib.

Onun sözlərinə görə, dar ağacına çəkilən şəxslər narkotik qaçaqmalçılığında günahlandırılıb.

Qeyd edək ki, məhbusların yalnız ad və soyadlarının baş hərfləri açıqlanıb. Bunlar M. M., A. M. və Ş. R.-dir. Onların barəsində Şahrud İnqilab Məhkəməsi edam hökmü çıxarıb, qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Məhbusların əfv ilə bağlı müraciətləri isə rədd edilib.

Hökm sentyabrın 20-də səhər saatlarında Şahrud şəhərinin həbsxanasında icra olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR