«Aqrolizinq» açıq tender keçirir

«Aqrolizinq» açıq tender keçirir
# 21 sentyabr 2012 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC ət məhsullarının emalı, təkrar emalı və 200 baş heyvanın saxlanılması üçün ferma avadanlıqlarının satın alınmasına dair açıq tender elan edir.

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər lazımi sənədləri oktyabr ayının 29-dək «Aqrolizinq»in baş ofisinə (Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi,12) təqdim edə bilərlər.

Təqdim olunmuş zərflər isə noyabr ayının 8-də cəmiyyətin baş ofisində açılacaq.

Qeyd edək ki, tenderdə iştirak haqqı 500 manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR