Əfqanıstanda Taliban silahlıları ilə toqquşmada Azərbaycan sülhməramlıları zərər çəkməyiblər

Əfqanıstanda Taliban silahlıları ilə toqquşmada Azərbaycan sülhməramlıları zərər çəkməyiblər
# 16 aprel 2012 12:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Taliban silahlıları Kabil şəhərində eyni zamanda 7 əraziyə, o cümlədən Türkiyə Silahlı Qüvvələri taborunun mövqelərinə hücum edib. APA-nın bildirdiyinə görə, bu barədə «Associated Press» agentliyi məlumat yayıb.

Agentlik Türkiyə taborunun əsgərlərinin talibançıların hücumunu dəf etməsi barədə məlumat yaysa da, itkilərin olub-olmadığı barədə məlumat verməyib.

Digər beynəlxalq agentliklərin məlumatına görə, toqquşma nəticəsində 36 talibançı öldürülüb.

APA-nın «Kabildə Türkiyə taborunun tərkibində xidmət edən Azərbaycan sülhməramlıları arasında zərər çəkən varmı» sualına isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu «Xeyr. Əsgərlərimizin hamısı sağ-salamatdır» deyə cavab verib.

Qeyd edək ki, hazırda Əfqanıstanda İSAF qüvvələri tərkibində 94 nəfərlik Azərbaycan sülhməramlı heyəti Türkiyə taborunun tərkibində xidmət edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR