Azərbaycanın dövlət müəssisələrində və banklarında istifadə olunan proqram təminatı lisenziyalaşdırılır

Azərbaycanın dövlət müəssisələrində və banklarında istifadə olunan proqram təminatı lisenziyalaşdırılır
# 18 iyun 2012 11:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Microsoft Azerbaijan» şirkəti Azərbaycanda fəaliyyət göstərən banklarda «Microsoft» məhsullarının lisenziyalaşdırılmasını davam etdirir.

«Mcrosoft Azerbayijan» şirkətinin rəhbəri Rüfət Hacıəlibəyovun «APA-Economics»ə verdiyi məlumata görə, «Microsoft Enterprise Agreement» korporativ lisenziyalaşdırma proqramı çərçivəsində artıq bir neçə bankda lisenziyalaşdırma başa çatıb: «Bunlardan «Access Bank» və «Unibank»ı misal gətirmək olar, hazırda məhsulların lisenziyalaşdırılması prosesi Azərbaycan Beynəlxalq Bankında aparılır».

R.Hacıəlibəyov onu da bildirib ki, əsas məsələ istifadə edilən proqram təminatının yalnız leqallaşdırılmasından deyil, onun vasitəsilə istehsal və biznes proseslərin optimallaşdırılmasından da ibarətdir: «Bir çox banklara müraciət etmişik və onların çoxu «Microsoft» məhsullarının lisenziyalaşdırılmasına razılıq verib. Lisenziyalaşdırma prosesi banklardan asılı olaraq bir qədər müddət tələb edir».

R.Hacıəlibəyov həmçinin qeyd edib ki, analoji proses dövlət strukturlarında da həyata keçirilir və artıq bir neçə qurumda sözügedən proses başa çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR