«MCB Leasing» nizamnamə kapitalını artırır

«MCB Leasing» nizamnamə kapitalını artırır
# 20 iyul 2012 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «MCB Leasing» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 826 737 ədəd, emissiyanın ümumi həcmi isə 826 737 manat təşkil edir. Səhmlər qapalı yerləşdirilmə üsulu ilə yerləşdiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra şirkəti nizamnamə kapitalı təxminən 2 dəfə artaraq 1,669 mln. manat çatacaq.

Qeyd edək ki, 2009-cu ilin oktyabr ayından etibarən Pakistanın Azərbaycanda fəaliyyət göstərən «MCB Leasing» şirkətinin hazırda nizamnamə kapitalı 842 105 manat təşkil edir. Şirkətin səhmdar kapitalında 95% Pakistanın «MBC Bank»ına, 5% isə yerli fiziki şəxsə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR