Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 596 nəfərə çatıb
23 fevral 2012 09:11 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin 1 yanvar tarixinə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 596 nəfər təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, cəmi əmək pensiyası alan şəxslərin 498 750 nəfəri kişi, 778 846 nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 331 586 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 812 771 nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 133 239 nəfərdir.
Ötən il Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə sığorta-pensiya sistemində reallaşdırılan uğurlu islahatlar nəticəsində əmək pensiyaçılarının sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Nəticədə 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7% faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4% artaraq 160,4 manata çatıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40%, yaşa görə əmək pensiyaları üzrə isə 45% təşkil edib.
Qeyd edək ki, əmək pensiyası - “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

Sosial
Naxçıvanda su basan 50-dən çox zirzəmidə, həyətyanı sahədə tədbirlər görülüb
19:40
14 may 2024
Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı məşq keçirilib
19:32
14 may 2024
Bakı Təşəbbüs Qrupu Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi son həbslərlə bağlı bəyanat yayıb
18:39
14 may 2024
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb - FOTO - VİDEO - YENİLƏNİB-1
18:30
14 may 2024