Hüquq müdafiəçisi ədliyyə naziri Fikrət Məmmədova müraciət edib

Hüquq müdafiəçisi ədliyyə naziri Fikrət Məmmədova müraciət edib
# 22 may 2012 11:04 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilən məhkumların şəraitinin yaxşılaşdırılması üçün ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Hüquq müdafiəçisinin APA-ya verdiyi məlumata görə, müraciətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanma yerində həkim və dərman preparatlarının olmaması qeyd olunub: “Mən nazirdən xahiş etmişəm ki, həmin yer həkim və dərman preparatları ilə təmin olunsun. Çünki bu çox vacib məsələdir”.

E. Behbudov məhkumların məhkəmə binasına daha rahat şəraitdə gətirilməsi barədə də nazirdən xahiş etdiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR