BMT: Suriyada gedən döyüşlər qaçqınların sayının artması ilə müşayiət olunur

BMT: Suriyada gedən döyüşlər qaçqınların sayının artması ilə müşayiət  olunur
# 01 avqust 2012 03:43 (UTC +04:00)
BMT: Suriyada gedən döyüşlər qaçqınların sayının artması ilə müşayiət olunur

Bakı-APA. Suriyada gedən döyüşlər nəticəsində qonşu dövlətlərdə sığınacaq axtaran dinc əhalinin sayı artır.

APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Qaçqınlar Üzrə Ali Komissarlığın nümayəndəsi Cenevrədə keçirilən brifinqdə deyib ki, 70 min suriyalı Türkiyəyə qaçıb. Türkiyə hökuməti ölkənin 4 əyalətində qaçqınlar üçün 7 düşərgə təşkil edib. İordaniya hökuməti ölkədə 150 min suriyalı sığınacaq tapdığını bildirib edib.
34 min məcburi köçkün Suriyadan Livan ərazisinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR