Türkiyə baş nazirinin İrana səfərinin tarixi açıqlanıb

Türkiyə baş nazirinin İrana səfərinin tarixi açıqlanıb
# 14 mart 2012 15:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin vaxtı açıqlanıb. APA-nın İSNA-ya istinadən məlumatına görə, Türkiyənin baş naziri İranın yüksək vəzifəli rəsmiləri ilə görüşmək məqsədilə martın 28-də İrana səfər edəcək. R. T. Ərdoğan səfər çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad, xarici işlər naziri Əli Əkbər Salehi və vitse-prezident Məhəmmədrza Rəhimi ilə görüşəcək. Görüşlərdə regional, ikitərəfli və beynəlxalq məsələlər müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR