Bakıda çay evində qumarxana aşkarlanıb

Bakıda çay evində qumarxana aşkarlanıb
# 23 fevral 2012 09:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir qumarxana aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də "Bermuda" çay evində Bakı şəhər sakini Elçin Qəmbərovun qumar oyunları təşkil etməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR