İsrail XİN: “Mavi Mərmərə” böhranı ilə əlaqədar Türkiyə ilə qeyd-şərtsiz danışıqlara hazırıq

İsrail XİN: “Mavi Mərmərə” böhranı ilə əlaqədar Türkiyə ilə qeyd-şərtsiz danışıqlara hazırıq
# 22 oktyabr 2012 11:10 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. İsrail Xarici işlər Nazirliyi Mavi Mərmərə böhranı mövzusunda Türkiyə ilə qeyd-şərtsiz danışıqlara hazır olduğunu bildirib.

APA-nın məlumatına görə, bu açıqlamanı İsrail XİN-in Siyasi Direktoru Kinhas Həriri deyib. Onun sözlərinə görə, tərəflər mövcud problemləri bir kənara qoyub, gələcəyə baxmalıdır.

Xatırladaq ki, 31 May 2010 tarixində, mühasirə altında olan Qəzzaya kömək məqsədi ilə gedən gəmilərə İsrail tərəfindən hücum edilib. Nəticədə 9 Türkiyə vətəndaşı həyatını itirib. “Mavi Mərmərə” hadisəsindən sonra Türkiyə - İsrail əlaqələrində yaranmış gərginlik davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR