Şamaxıda qadağan olunmuş dini təriqətə məxsus kitablar aşkarlanıb

Şamaxıda qadağan olunmuş dini təriqətə məxsus kitablar aşkarlanıb
# 03 mart 2012 09:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şamaxı rayonunda qadağan olunmuş dini təriqətə məxsus kitablar və digər əşyalar aşkarlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də qadağan olunmuş dini təriqətlərdən birinə meylli Mehman Xəlilovun Şamaxı şəhərində kirayədə yaşadığı evə baxış zamanı 300 ədəd dini məzmunlu kitab, 134 ədəd disk, 2 ədəd noutbuk və 1 ədəd flaş-kart aşkar edilərək götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR