Milli Məclis bir sıra beynəlxalq sənədləri təsdiqləyib

Milli Məclis bir sıra beynəlxalq sənədləri təsdiqləyib
# 22 may 2012 10:36 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin bu gün keçirilən iclasında üç beynəlxalq saziş layihəsi və bir bəyannamə təsdiqlənib. APA-nın xəbərinə görə, bu sıraya "Azərbaycan Respublikası hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" və "Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişlər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsi aiddir.

Layihələr səsverməyə qoyularaq qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR