Hər gün 500 min Azərbaycan vətəndaşının mina təhlükəsi ilə üzləşmək ehtimalı var

Hər gün 500 min Azərbaycan vətəndaşının mina təhlükəsi ilə üzləşmək ehtimalı var
# 19 oktyabr 2012 09:04 (UTC +04:00)
«Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin direktoru Hafiz Səfixanovun APA-ya verdiyi məlumata görə, 1992-ci ildə başlamış işlərin nəticəsi olaraq 3-4 mart 1997-ci il tarixdə piyadalar əleyhinə minaların qadağan olunmasını nəzərdə tutan BMT Konvensiyası imzalanıb.
Hazırda dünyanın 80%-i (160 ölkə) bu konvensiyanın üzvüdür və buradan irəli gələn öhdəlikləri yerinə yetirir. Əvvəllər minalanmış olan yüz min kvadrat kilometrlərlə ərazilər təmizlənib, 87 ölkənin arsenalında olan 45 milyon mina məhv edilib. Son illər qeydə alınan yeni mina qurbanlarının sayı kəskin şəkildə azalaraq təxminən 5000 nəfərə çatıb. Bununla belə, hələ də hər gün 12 insan mina partlayışlarından həlak olur və ya yaralanır. Cənubi Qafqaz dövlətləri də daxil olmaqla, dünyanın 35 ölkəsi Konvensiyaya qoşulmayıb.

H. Səfixanovun sözlərinə görə, Azərbaycan Konvensiyaya qoşulmasa da, minaların təmizlənməsi üzrə proqramlara büdcədən ayrılan vəsaitləri hər il artırır. Mina təhlükəsinə qarşı maarifləndirmə proqramları həyata keçirir, mina qurbanlarının problemlərinin həlli istiqamətində işlər görür. Hər gün 500 min Azərbaycan vətəndaşının mina və partlamamış hərbi sursat təhlükəsi ilə rastlaşmaq ehtimalı var. Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR