Egemen Bağış: “Ermənistan “Eurovision” yarışmasından çəkilməkdənsə işğal etdiyi torpaqlardan geri çəkilsin”

Egemen Bağış: “Ermənistan “Eurovision” yarışmasından çəkilməkdənsə işğal etdiyi torpaqlardan geri çəkilsin”
# 23 aprel 2012 08:14 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış Qars vilayətinə səfəri zamanı deyib. Sərhəddən Ermənistana çağırış edən türkiyəli nazir bildirib ki, İrəvan bu gedişlə nəyəsə nail ola bilməyəcək.
Ermənistanın Bakıda keçiriləcək “Eurovision” mahnı yarışmasından imtina etməsinə də toxunan E. Bağış bunu məntiqsiz sayıb: “Yarışmadan deyil, işğal etdiyin torpaqlardan çəkilməlisən. Azərbaycanla dost olun, Türkiyəyə yalan və iftiralar atmaqdan vaz keçin. Vaxt itirmədən torpaqlardan geri çəkilin və asayişə qovuşun. Biz də Ermənistanın zənginləşməsinə, sərhədlərin açılmasına tərəfdarıq. İnşallah Ermənistan sərhədində etdiyimiz bu çağırışımızı ermənilər eşidərlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR