Türkiyədə “Suriya Türkmən Kütləsi” adlı təşkilat yaradılıb - FOTO

Türkiyədə “Suriya Türkmən Kütləsi” adlı təşkilat yaradılıb - <font color=red>FOTO</font>
# 15 fevral 2012 15:48 (UTC +04:00)
İstanbul. Mais Əlizadə - APA. Türkiyənin İstanbul şəhərində “Suriya Türkmən Kütləsi” adlı təşkilatın təsis toplantısı keçirilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, toplantıda çıxış edən təşkilat komitəsinin sədri Yusuf Molla Suriyada təxminən 4 milyon türkmənin yaşadığını xatırladaraq qurduqları təşkilatın əsas məqsədinin bu ölkədəki türkmən əhalisinin hüquqlarının müdafiəsindən ibarət olduğunu vurğulayıb.

Yığıncağa Suriyanın Babi-Əmr şəhərindən sinevizyon vasitəsilə bağlanan doktor Məhəmməd bəy şəhərin 12 gündən bəri Suriya ordusunun mühasirəsi altında olduğunu bildirərək Türkiyədən təcili şəkildə humanitar yardım istəyib.

Toplantıda başda Rusiya olmaqla bəzi ölkələrin Suriyaya silah verməyə davam etməsinə kəskin etiraz bildirilib. Türkiyə mediası və QHT-lər, bəzi siyasi partiyalar, Orta Şərq üzrə şərhçilər təsis yığıncağına maraq göstərib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR