MTRŞ serialların çəkilişi üçün telekanalların hər birinə 500 min manat vəsait ayıracaq
03 aprel 2012 10:30 (UTC +04:00)
Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, aprelin 6-da MTRŞ-nın iclası keçiriləcək. İclasda televiziya kanallarına yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı məsələyə baxılacaq: “Mayın 1-dən Azərbaycanda əcnəbi serialların yayımı birmənalı olaraq dayandırılacaq. Burada başqa problem ola bilməz. Bəzi televiziya kanallları söhbət yayır ki, bu müddət uzadılsın. Amma belə şey olmayacaq”.
Şura sədri bəzi telekanalların yeni serialların dublyajına başlamasını onların hüququ adlandırıb: “Telekanalların hər biri hüquq çərçivəsində fəaliyyət göstərir. Bu gün onlara bu hüquq verilib. Amma mayın 1-dən həmin hüquq onlara verilməyəcək. Görüm, ondan sonra həmin kanallar o serialları efirə verə biləcəklərmi? Çox yaxşı olardı ki, telekanallar əhalini nəzərə alsın, yəni serialı başlayıb sonra yarımçıq kəsməsin. Çalışsınlar ki, mayın 1-nə kimi serialları tam göstərsinlər. Biz hələ ötən ildən televiziya rəhbərlərinə bununla bağlı bildirmişik ki, mayın 1-dək bu məsələ tam həll olunsun. Onlar bunu etmək istəmirlərsə, fikirləşirlərsə ki, bu müddət uzanacaq, yanılırlar”.

Media
Rusiyanın 4 KİV-nin Aİ ərazisində yayım fəaliyyəti qadağan edilib
16:35
17 may 2024
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib
08:24
17 may 2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:35
13 may 2024
MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib
12:27
13 may 2024