FHN Beyləqanda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb

FHN Beyləqanda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb
# 12 may 2012 09:14 (UTC +04:00)
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, «Ülvi» yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış nəticəsində, yanacaqdoldurma məntəqəsinin xidməti otaqları və yerüstü anbarın çardaq hissəsi 350 kv. m sahədə dağılıb. Yanacaq çənlərinin üzərinə dağılmış müxtəlif yanacaq-sürtgü materialları 144 kv. m sahədə yanıb, yanacaqdoldurma stansiyasında operator işləyən 1 nəfər xəsarət alıb.

Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanacaqla dolu 8 ədəd çən və ətrafdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR