Norveç səfiri ARDNŞ-ın vitse-prezidenti ilə görüşüb

Norveç səfiri ARDNŞ-ın vitse-prezidenti ilə görüşüb
# 11 sentyabr 2012 15:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönberq arasında görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı R.Hüseynzadə «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» layihələri üzrə ARDNŞ-ın Norveçin «Statoil» şirkəti ilə əməkdaşlıq etdiyini vurğulayıb. «Statoil» şirkətinin ətraf mühitin mühafizəsi sahəsində qabaqcıl şirkət olduğu, iki şirkətin əməkdaşlığının müsbət nəticələr verdiyi barədə fikirlər səsləndirib.

R.Hüseynzadə ARDNŞ-ın «Ekoloji park» layihəsi barədə qonaqlara məlumat verib, şirkətdə iqlim dəyişmələrinə təsirin azaldılması strategiyası, tullantıların idarə olunması sahəsində yerinə yetirilən işlər və hazırlanan layihələr barədə danışıb.

Səfir E.Şönsberq Norveç şirkətlərinin ARDNŞ ilə əlaqələr qurmaqda, birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını bildirib.

Görüşdə ətraf mühitin mühafizəsi sahəsində əldə edilmiş təcrübələrin bölüşdürülməsi, gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə faydalı əməkdaşlığın davam etdiriləcəyi qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR