İctimai Palata aprelin 22-də keçirəcəyi yürüş-mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

İctimai Palata aprelin 22-də keçirəcəyi yürüş-mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 13 aprel 2012 13:09 (UTC +04:00)
Bu barədə APA-ya Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib. Müraciətdə İcra Hakimiyyətinə yürüş-mitinqin keçirilməsi üçün 3 marşrut təklif olunub. İP yürüş mitinq-keçirmək üçün Binəqədi rayonu 7-ci mikrorayonda İnqilab kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsini keçməklə Dərnəgül metro stansiyasının qarşısınadək yürüş, sonra burada mitinq, “Sarı gəlin” şadlıq sarayının yaxınlığından Təbriz kinoteatrınadək yürüş, sonra burada mitinq, Əliyarbəyov küçəsindən Nərimanov parkınadək yürüş, sonra burada da mitinq keçirilməsi üçün bu yerlərdən birinin ayrılmasını istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR