Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmağı təklif edib

Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmağı təklif edib
# 26 sentyabr 2012 03:58 (UTC +04:00)
Bakı-APA. Fransa prezidenti Fransua Olland BMT-yə Təhlükəsizlik Şurasının tərkibini genişləndirməyi təklif edib.

“Şura bugünkü dünyanın balansını düzgün əks etdirməlidir. Ona görə də Fransa Almaniya, Yaponiya, Hindistan və Braziliya tərəfindən edilmiş genişlənmə barədə təklifi dəstəkləyir”, deyə Olland bildirib.

O həmçinin Təhlükəsizlik Şurasının daimi üzvlərinin arasında Afrika ölkəsinin olmasına tərəfdar olduğunu bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR