Əhməd Cavadın 120 illik yubileyi qeyd olunacaq
04 iyun 2012 09:30 (UTC +04:00)
Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Yubiley tədbirinin iyunun 5-də Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi planlaşdırılır. Yubiley mərasimində tanınmış sənət adamları şair haqqında danışacaq, onun şeirlərindən parçalar oxunacaq, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Tədbirin aparıcısı millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovdur.
Əhməd Cavad ədəbi simalarla zəngin olan çoxəsrlik Azərbaycan ədəbiyyatında özünün sarsılmaz iradəsi və aydın siyasi mövqeyi, çox yüksək mətanət və geniş miqyaslı düşüncə tərzi ilə parlaq şair-təbliğatçı nümunəsidir. O, Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olub və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşamaqdadır.
Ə. Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. O, sovet-kommunist rejiminin repressiyasına məruz qalaraq 1937-ci ildə güllələnib.

Ədəbiyyat
2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb
11:28
7 may 2024
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim - FOTO
13:44
6 may 2024
Gəncə Dövlət Filarmoniyasında Əhməd Cavada həsr olunmuş "Qiraət axşamı" keçirilib
11:15
6 may 2024
Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO
12:09
3 may 2024